Ana Sayfa > Gündəm / Manşet > "Bir adam düşünmür ki, toydan sonra necə olacaq"
"Bir adam düşünmür ki, toydan sonra necə olacaq"16-02-2017, 13:03. Yazar: admin |
“Azərbaycanda ailə modeli bizim sərvətimizdir. Bizdə güclü ailə siyasəti mövcuddur. Bütün bunlara baxmayaraq. erkən nikahlar, boşanmalar və zorakılıq halları narahatedicidir”. AzVision.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Milli Məclisdə “Ailədaxili münaqişələrin yaranma səbəbləri və onların aradan qaldırılması yolları” mövzusunda keçirilən tədbirdə deyib. Komitə sədri bildirib ki, belə problemləri dövlət qurumları təkcə həll edə bilməz: “Bu məsələdə qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin rolu böyükdür. Azərbaycanda təkmil qanunvericilik bazası var. Bu qanunların tətbiqi əsas məsələdir. Profilaktik işlər güclü olmalıdır ki, gələcəkdə baş verəcək ağır cinayət hallarının qarşısı alınsın”. H.Hüseynova qeyd edib ki, bəzən valideynlər uşaqlarının tərbiyəsi ilə məşğul olmurlar. Onun sözlərinə görə, bir çox atalar övladlarının təhsil almasında maraqlı deyillər: “Bu, doğru yanaşma deyil. Uşağın gələcəyini düşünmək lazımdır. Biz komitə olaraq ailə psixoloqu yaradılmasının tərəfdarıyıq”. H.Hüseynova vurğulayıb ki, toydan öncə evlənən gənclərə ailə dəyərləri izah olunmalıdır: “Toyqabağı hamı işə qarışır, köməklik göstərir. Amma bir adam düşünmür ki, toydan sonra necə olacaq. Həmin gənclərə ailə formalaşmasını göstərən yoxdur. Bəzən belə fikirlər səslənir ki, ailə qururuq, xoşumuz gəlməz ayrılarıq. Belə düşüncə ilə ailə qurmaq olmaz”. AİA.az Geri dön |