Ana Sayfa > Gündəm > AHİK: Sanatoriyalara və istirahət mərkəzlərinə yollayış alanların sayı artıb

AHİK: Sanatoriyalara və istirahət mərkəzlərinə yollayış alanların sayı artıb


Bu gün, 13:21. Yazar: azer
AHİK: Sanatoriyalara və istirahət mərkəzlərinə yollayış alanların sayı artıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən vətəndaşlara bu ilin 7 ayı ərzində sanatoriya və istirahət mərkəzlərinə getmək üçün 31 min 937 yollayış verilib. Ötən ilin müvafiq dövründə isə bu göstərici 21 min 989 olub. Bu da 1, 5 dəfə artın deməkdir. Bu, e-ahik.az elektron sisteminin işə düşməsi və onlayn “Kurort” Turizm İnformasiya Mərkəzinin yaradılmasının nəticəsidir.

aia.az xəbər verir ki, bu barədə AHİK-də keçirilən mətbuat konfransında konfederasiya sədrinin müşaviri, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elkiyar Ziyadov bildirib.

O deyib ki, optimallaşma tədbirləri çərçivəsində 23 istirahət mərkəzi və kurortla müqavilələrin sayı 86-ya çatdırılıb. Nəticədə təbii rəqabət mühiti yaradılıb. “Yollayışların qiyməti 2024-cü ilin 1-ci yarısında 1197 manat olduğu halda, 2025-ci ilin müvafiq dövründə 1011 manata düşüb. Bu da daha çox insanın yollaşıyla təmin olunmasına şərait yaradıb. Əsas prinsipimiz heç kimin bu prosesdən kənarda qalmamasıdır",- deyə o vurğulayıb.
Geri dön