Ana Sayfa > İdman > Azərbaycan çempionatlarında ən çox oyun keçirən futbolçular -
Azərbaycan çempionatlarında ən çox oyun keçirən futbolçular -Bu gün, 12:19. Yazar: sevinc1 |
![]() Avqustun 15-də Misli Premyer Liqasının 2025/2026-cı illər mövsümü start götürəcək. aia.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, sayca 34-cü Azərbaycan çempionatına qədər baş tutan 33 mövsümdə ən çox oyun keçirən futbolçu Rahid Əmirquliyevdir. Ötən mövsümdə 2-ci Liqada çıxış edən “Şahdağ Qusar”ın formasını geyinən yarımmüdafiəçi Premyer Liqada 451 matça çıxıb. Onun kimi Mahmud Qurbanov da “400” səddini keçib. O, 421 oyunda iştirak edib. İlk “üçlüy”ü Rəşad Sadiqov qapayır. Onun hesabında 392 görüş var. Ötən mövsümdə Premyer Liqada meydana çıxanlar arasında rekordçu Qara Qarayevdir. “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Əmirquliyevin rekordundan 100 oyun geri qalır. “Qəbələ” ilə Premyer Liqaya yüksələn Asif Məmmədov ümumi siyahıda 4-cü yerə şərikdir. 33 mövsümdə ən çox oyun keçirən 33 futbolçu 1. Rahid Əmirquliyev - 451 2. Mahmud Qurbanov - 421 3. Rəşad Sadiqov - 392 4-5. Asif Məmmədov - 388 Azər Məmmədov - 388 6. Aslan Kərimov - 382 7. Rəşad Abdullayev - 378 8-9. Elvin Məmmədov - 376 Maksim Medvedev - 376 10. Vurğun Hüseynov - 368 11. Aqil Məmmədov - 363 12-13. İsmayıl Məmmədov - 351 Qara Qarayev - 351 14. Rəşad Sadıqov - 343 15. İlkin Qırtımov - 339 16. Elnur Abdullayev - 334 17. Vüqar Nadirov - 332 18. Urfan Abbasov - 329 19. Rail Məlikov - 328 20. Kənan Kərimov - 327 21. Tural Axundov - 324 22. Slavik Alxasov - 319 23. Nadir Nəbiyev - 316 24. Rauf Əliyev - 315 25. Mübariz Orucov - 311 26. Müşfiq Hüseynov - 305 27. Ədəhim Niftəliyev - 303 28-30. Arif Daşdəmirov - 302 Kamal Quliyev - 302 Rəhman Hacıyev - 302 31. Mehman Yunusov - 298 32. Viktor İqbekoyi - 294 33. Aleksandr Çertoqanov – 293. aia.az Geri dön |