Ana Sayfa > Siyasət > 1992-ci ilin oktyabr ayında biz ədalətsiz şəkildə Konqres tərəfindən sanksiyaya məruz qaldıq

1992-ci ilin oktyabr ayında biz ədalətsiz şəkildə Konqres tərəfindən sanksiyaya məruz qaldıq


Bu gün, 11:56. Yazar: azer
1992-ci ilin oktyabr ayında biz ədalətsiz şəkildə Konqres tərəfindən sanksiyaya məruz qaldıq

Prezident keçmişə nəzər salaraq həmin dövrdə yaşanmış hadisələri yenidən diqqətə mərkəzinə çatdıraraq əlavə etdi ki, 1992-ci ilin oktyabr ayında biz ədalətsiz şəkildə Konqres tərəfindən sanksiyaya məruz qaldıq. Həmin dövrdə, əlbəttə ki, Konqres üzvləri - konqresmenlər Azərbaycandakı və ümumilikdə Cənubi Qafqazdakı vəziyyətdən bixəbər idilər. Onlar Ermənistanın lobbi qruplarının təsiri altında idilər və bu ərəfədə Azərbaycan təcavüzkar kimi təqdim olunmuşdu, qələmə verilmişdi. Bu da bizi birbaşa ABŞ-ın dəstəyindən məhrum etdi və ona görə də keçmiş Sovet İttifaqından çıxmış respublika sanksiyalara məruz qaldı. Əlbəttə ki, mürəkkəb bir vəziyyət idi. Sonralar bu düzəliş dayandırıldı. ABŞ hökumətinin Əfqanıstanda dəstəyə ehtiyacı olduğuna görə Azərbaycan bu dəstəyi nəqliyyat vasitəsilə onlara təqdim edirdi. Bu, yüklərin şimal istiqamətində çatdırılmasını, eyni zamanda, nəqliyyat və hava məkanının verilməsi kimi məsələləri əhatə edirdi. 2023-cü ilə qədər hər il ABŞ prezidentləri bu düzəlişi müvəqqəti olaraq dayandırırdı. Ancaq 2023-cü ildə gözləmədiyimiz hadisə baş verdi. Çünki biz gözləmirdik ki, belə bir yanaşma olsun. Yəni, Bayden administrasiyasından bu yanaşmanı gözləmirdik. Bayden administrasiyası Əfqanıstanda bizə ehtiyac olmadığı bir zamanda, bütün dünyanın gözü qarşısında faktiki olaraq ölkəni tərk etdi. Ondan sonra onlar həmin sanksiyaları yenidən Azərbaycana tətbiq etdilər. Bu, yəqin ki, həmin mənfi münasibətin və yanaşmanın kulminasiyası idi. Onlar nankorcasına davrandılar və bu da Bayden administrasiyası ilə münasibətlərimizə ciddi şəkildə mənfi təsir göstərdi. Bu administrasiyanın sonuna qədər bizə qarşı münasibət belə də qaldı və bizim münasibətlərimiz çox böyük böhran içində idi. Ona görə Prezident Trampın bu jestinin bizim üçün böyük bir mənası vardır. Əlbəttə ki, Azərbaycanın hazırda belə bir xarici dəstəyə, xarici yardıma ehtiyacı yoxdur. Bizim iqtisadiyyatımız sabitdir. Bizim, yəni, dövlətin xarici borcu ümumdaxili məhsulun 7 faizindən də aşağıdır. Biz özümüzü donor ölkəyə çevirmişik. Beləliklə, rəmzi bir xarakter daşıyan bu düzəliş ləğv olundu. Bu ədalətsizlik artıq aradan qaldırılıb və ədalət bərpa olunub. Bu, bizim üçün Prezident Tramp tərəfindən siyasi bir jest oldu və bu gün onun ofisində bu sənədə imza atdıq.
Haqsız olaraq 1992-ci ilin oktyabr ayında Konqres tərəfindən sanksiyalara məruz qalsaq da, bu gün həmin ədalətsiz qərarın ləğvi, haqq yolunda olan Azərbaycanın öz haqqına qovuşduğunu göstərir.

Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini
Geri dön