Ana Sayfa > Ölkə > Cinayətdə şübhəli bilinən 30 nəfər saxlanıldı
Cinayətdə şübhəli bilinən 30 nəfər saxlanıldıBu gün, 11:06. Yazar: sevinc1 |
![]() Avqustun 11-də ölkə ərazisində qeydə alınan 31, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 96, o cümlədən borclu şəxs qismində axtarışda olan 75 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 20 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb. aia.az Geri dön |