Ana Sayfa > Siyasət > Diplomatik əlaqələr davam etdiriləcək
Diplomatik əlaqələr davam etdiriləcəkBu gün, 09:42. Yazar: azer |
![]() Avqustun 8-də Vaşinqtonda Azərbaycan media nümayəndələrinə müsahibə verən Prezident İlham Əliyev verilən suallara cavablarında bir daha Azərbaycanın daxili və xarici siyasətinə dair proseslər barədə vəziyyəti həm yerli, həm də xarici auditoriyanın diqqətinə çatdırdı. Prezident İlham Əliyevin ABŞ-a budəfəki səfəri yalnız Azərbaycan-ABŞ münasibətlərinin genişlənməsi baxımından deyil, eyni zamanda, beynəlxalq informasiya müstəvisində Azərbaycanın mövqeyinin güclənməsi və diplomatik sahədə əldə etdiyi növbəti uğur kimi dəyərləndirilməlidir. Bu səfər Azərbaycanın regional və qlobal siyasətdə öz prinsipial, müstəqil mövqeyini təsdiqləməklə yanaşı, illərdir ölkəmizə yönəlmiş siyasi təzyiqlərə, informasiya manipulyasiyalarına qarşı verilmiş qəti və diplomatik cavabdır. Azərbaycan tərəfi bu prosesin uğurla nəticələnməsi üçün illərdir əzmlə çalışır. Sadəcə olaraq, üçüncü tərəf kimi Rusiyanın, eyni zamanda Fransanın müdaxiləsi bu istiqamətdə ciddi maneələr yaradıb. Bu müdaxilələr artıq aradan qalxdığı üçün və Amerika Birləşmiş Ştatları da prosesdə təminatçı kimi çıxış etdiyi üçün hesab edirəm ki, nəticə həm tərəflər, həm də ümumilikdə region üçün. Səfər şərçivəsində qəbul olunan Birgə Bəyannamədə xüsusi əhəmiyyət kəsb edən daha bir müddəa iki ölkə arasında nəqliyyat kommunikasiyalarının açılmasına dair bənddir. Burada, regionda kommunikasiyaların açılması çərçivəsində Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsinin zəruri olduğu vurğulanıb. Sənəddə həmçinin Ermənistan ərazisində xüsusi bağlantı layihəsi – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” həyata keçiriləcəyi təsbit olunub. Bu müddəa, Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi məqsədilə ABŞ tərəfindən həyata keçiriləcək layihəni nəzərdə tutur. ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması barədə ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətin ünvanlanması 2020-ci ildən bəri Azərbaycan tərəfinin davamlı olaraq gündəlikdə tutduğu, sülh və normallaşma prosesi üçün ən ciddi əngəllərdən birinin aradan qaldırılması istiqamətində digər vacib addımdır. Bununla yanaşı, səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidentinin və ABŞ Prezidentinin xüsusi elçisinin iştirakı ilə SOCAR və ExxonMobil korporasiyası arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb.Sənəd şirkətlər arasında mövcud olan müsbət əlaqələri möhkəmləndirmək və Azərbaycan Respublikasında həm qeyri-ənənəvi, həm də ənənəvi neft və qaz imkanlarının dəyərləndirilməsi istiqamətində potensial əməkdaşlıq sahələrini ehtiva edir. Neva Abdurahmanova, YAP Qusar rayon təşkilatının sədr müavini. Geri dön |