Ana Sayfa > Siyasət > Prezident İlham Əliyevin Vaşinqton səfəri Azərbaycan diplomatiyasının yeni tarixi zəfəridir

Prezident İlham Əliyevin Vaşinqton səfəri Azərbaycan diplomatiyasının yeni tarixi zəfəridir


Bu gün, 09:40. Yazar: azer
Prezident İlham Əliyevin Vaşinqton səfəri Azərbaycan diplomatiyasının yeni tarixi zəfəridir

Cənab Prezident İlham Əliyevin 2025-ci ilin avqustunda ABŞ-a səfəri Azərbaycanın müasir tarixində mühüm irəliləyiş kimi qiymətləndirilməlidir. Bu yaxınlarda iki ölkəyə çevrilmə münasibətlərində yeni bir səhifə açmaq, həm də Cənubi Qafqaz regionunda sülhün və sabitliyin təmin edilməsində nöqtəsi olması, sabitliyin sabitləşdirilməsi və təhlükəsizliyin təmin edilməsində həlledici rol oynanılıb. Bu mühüm addım Prezident İlham Əliyevin uzaqgörən siyasətinin və beynəlxalq arenadakı nüfuzunun parlaq təzahürüdür.
Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın dəvəti ilə görüşlər, qurulan və imzalanan sənədlər Azərbaycanın artan beynəlxalq münasibətlər sistemi ABŞ-ın etibarlı, müstəqil və qlobal inkişaf proseslərinə təsir edən mühüm ölkə kimini idarə etdiyini sübut etdi. Azərbaycanın xarici siyasət kursu həm regional, həm də beynəlxalq səviyyəli güclü strategiyası kimi formalaşdıraraq uğurla həyata keçirilib.
Səfərin ən böyük nəticələrindən biri Azərbaycan ilə ABŞ arasında “Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanmasıdır. Bu sənəd energetika, enerji tranziti, etibarlı, müdafiə sənayesi, süni intellekt və rəqəmsal iqtisadiyyat kimi inkişaf perspektivləri açır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu razılaşma nəticəsində texnologiyanın idarə edilməsi və birgə layihələrin həyata keçirilməsi mümkündür.
Bununla yanaşı, uzun illər Azərbaycan-ABŞ münasibətlərinə kölgə salmış və ölkəmizə qarşı ədalətsiz mövqenin təzahürü olan “Azadlıq Mühafizəsi Aktı”na əlavə edilmiş 907-ci düzəlişin icrasının dayandırılması barədə qərar qəbul edilmişdir. Bu qərar, Prezident İlham Əliyevin qətiyyətli diplomatiyasının və milli maraqlarını təmin etmək yönündə çoxillik mübarizəsinin bariz göstəricisidir. 1992-ci ildən bəri qüvvədə olan bu qərarın aradan qaldırılması Azərbaycan diplomatiyasının tarixi zəfəri kimi qiymətləndirilməlidir.
Səfər zamanı ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanan yeddi maddədən ibarət Birgə Bəyannamə regionun gələcək inkişafının baş planıdır. Bu sənəd iki ölkə arasında sülh sənədinin imzalanması prosesini yekunlaşdırır, regionda yeni iqtisadi imkanların və layihələrin reallaşmasına şərait yaradır. Xüsusilə, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlı yeni enerji dəhlizinin yaradılması Azərbaycanın tranzit ölkə kimi nüfuzunu daha da gücləndirəcək.
Bəyanat həm də Minsk qrupunun fəaliyyətinə formal olaraq son qoyulmasını nəzərdə tutur ki, bu da Azərbaycanın uzun müddət ərzində apardığı diplomatik mübarizənin məntiqi nəticəsidir. Bu qərar regionda sülh prosesinin daha çox və real mexanizmlər əsasında davam etdirilməsinə imkan yaradacaq.
Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatda Ermənistan Konstitusiyasından qarşı əsassız ərazi iddialarının çıxarılmasını vacibliyini xüsusi qeyd etmidir. Dövlət başçısının tələb etdiyi kimi, sülh və təhlükəsizliyə dair bütün mübahisəli məsələlər dinc yolla, danışıqlar yolu ilə həll edilməlidir. Bu, o cümlədən ABŞ-ın daxil olduğu mövqe, beynəlxalq arenada əsas mövqeyə malik aktorlar tırıfindən də müsbt qarşılanır və regionda sabit sülhün və əmin-amanlığın təmin edilməsinə təkan verir. Azərbaycanın haqlı fəaliyyətinin inkişafı ilə dəstəklənməsi, sülh prosesinin nəticələrinə nail olunması üçün möhkəm zəmin yaradır.
Səfərin nəticələri yalnız siyasi müstəvidə deyil, həm də iqtisadi və təhlükəsizlik sahələrində konkret faydalar vəd edir. Nəticə olarq strateji enerji formatının işə salınması, investisiya imkanlarının genişləndirilməsi və enerji layihələrinin inkişafı davamlı iqtisadi artıma töhfə verəcəkdir.
Prezident İlham Əliyevin qətiyyətli liderliyi və milli maraqlara sarsılmaz sədaqəti Azərbaycan bu gün regionun inkişafı, sabitlik və əməkdaşlıq mərkəzinə çevrib. Vaşinqton səfərində bir daha aydın oldu ki, ölkəmiz beynəlxalq siyasətdə perspektivsiz deyil, onları formalaşdıran və yönləndirən fəal diplomatiyaya və xarici siyasət kursuna malikdir.
Son olaraq qeyd edək ki, cənab Prezident İlham Əliyevin ABŞ səfəri Azərbaycan diplomatiyasının yeni zəfər səhifəsi kimi qiymətləndirilməlidir. Bu tarixi zəfər yalnız suverenliyin və milli maraqların təmin edilməsi deyil, həm də regionda dayanıqlı sülhün bərqərar olması üçün atılmış mühüm addım kimi xüsusi əhəmiyyət kəsb edir. Bu tarixi səfər Azərbaycan dövlətinin beynəlxalq arenadakı yerinin möhkəmlənməsinin bariz nümunəsidir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti ölkəmizin həm regional, həm də qlobal miqyasda güclü inkişafına imkan verir. İmzalanan strateji sənədlər və əldə edilən razılaşmalar gələcək inkişafı təmin etməklə yanaşı, Cənubi Qafqazda uzun müddətdir gözlənilən sülh və sabitliyin təminatçısıdır. Bu uğurlar xalqımızın əzmkarlığının, dövlətimizin qüdrətinin və rəhbərimizin müdrikliyinin parlaq nəticəsidir. Azərbaycan yeni çağırışlara hazırdır və dünya miqyasında öz sözünü deyən, nüfuzlu dövlət kimi yoluna davam etməklə davam edir.

İlqar Kərimov,
YAP Tovuz Rayon Təşkilatı sədrinin müavini

Geri dön