Ana Sayfa > Özəl > Londonda jurnalistlərin kamerası oğurlanıb

Londonda jurnalistlərin kamerası oğurlanıb


Dünən, 21:24. Yazar: sevinc1
Londonda  jurnalistlərin kamerası oğurlanıb

Britaniya paytaxtının tam mərkəzində, müşahidə kameralarına bürünmüş küçədə çəkiliş qrupundan bahalı avadanlıq oğurlanıb.
Səudiyyə Ərəbistanının “Al Ekhbariya News” telekanalının çəkiliş qrupu Londonda süjet hazırlayarkən çəkiliş avadanlıqlarının oğurlanması ilə üzləşib.

Paradoksal olaraq, səudiyyəli jurnalistlər Britaniya paytaxtının küçələrində baş verən oğurluqların miqyası haqqında televiziya süjeti hazırlayırdılar. Onlar X sosial şəbəkəsindəki kanalın hesabında avadanlıqlarının oğurlanmasının videosunu yerləşdiriblər.
“Biz Londonun hər hansı digər küçəsindən daha çox müşahidə kamerasına malik olduğu güman edilən Oksford küçəsində son vaxtlar oğurluq hallarının artması barədə məlumat verərkən diqqətəlayiq bir hadisə baş verdi: öz kameramız oğurlandı”.

Al Ekhbariya News-un jurnalistləri qeyd ediblər ki, şəhərin küçələrində baş verən oğurluqları lentə almaq üçün istifadə etdikləri videokamera London küçələrindən birində onlardan oğurlanıb.

aia.az
Tərcümə şöbəsi


Geri dön