Ana Sayfa > Özəl > Hindistanın paytaxt bölgəsindəki bütün sahibsiz itlər sığınacaqlara göndəriləcək
Hindistanın paytaxt bölgəsindəki bütün sahibsiz itlər sığınacaqlara göndəriləcək11-08-2025, 19:05. Yazar: sevinc1 |
|
Hindistanın Ali Məhkəməsi Milli Paytaxt Dehli ərazisində bütün sahibsiz itlərin toplanması və sığınacaqlara göndərilməsi barədə göstəriş verib. Hindistanın NDTV telekanalının məlumatına görə, Ali Məhkəmə it hücumlarının və quduzluqla bağlı ölümlərin artmasının ardınca yeni qərar çıxarıb. Məhkəmə Dehlinin Milli Paytaxtı ərazisində bütün sahibsiz itlərin toplanması və sığınacaqlara göndərilməsi barədə göstəriş verib. Yerli rəsmilər qərarın icrası üçün tədbirlər görüləcəyini bildiriblər. aia.az Tərcümə şöbəsi Geri dön |