Ana Sayfa > Dünya > "Kalaşnikov" yeni avtomatlar və pulemyot təqdim edib
"Kalaşnikov" yeni avtomatlar və pulemyot təqdim edibBu gün, 08:48. Yazar: sevinc1 |
![]() Rusiyanın "Kalaşnikov" konserni lüləsi qısaldılmış və kiçikqabaritli "AK-15K" və "AK-15SK" avtomatlarını, həmçinin 7.62×39 mm-lik "RPL-7" yüngül pulemyotunu təqdim edib. aia.az xəbər verir ki, bu barədə TASS-a istinadən xəbər verir. Konsernin baş konstruktoru Sergey Urjumtsev bildirib ki, təqdim olunan "AK-15" avtomatı "AK-12" səviyyəsinə qədər təkmilləşdirilmiş modelin müasirləşdirilmiş versiyasıdır. Onun sözlərinə görə, "AK-15K" və "AK-15SK" 5.45 mm çaplı kompleksin analoqu əsasında yaradılıb və onun 7.62 mm üçün uyğunlaşdırılmış texniki həllərini tamamilə təkrarlayır. aia.az Geri dön |