Ana Sayfa > Ölkə > Zəngilanda yanğın törədən şəxs müəyyən edildi
Zəngilanda yanğın törədən şəxs müəyyən edildiBu gün, 08:47. Yazar: sevinc1 |
![]() Avqustun 10-da Zəngilan şəhəri ərazisində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub. Bu barədə aia.az-a DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib. Məlumata görə, yanğının 1985-ci il təvəllüdlü Vüsal Əlpənahov tərəfindən ehtiyatsızlıqdan törədildiyi məlum olub. Hadisə nəticəsində 5 hektar ərazidə biçilmiş əkin sahəsi və kol-kos yanıb. Əməli törədən V.Əlpənahov saxlanılaraq barəsində məsuliyyət tədbiri görülüb. Faktla bağlı Rayon Polis Şöbəsində istintaq araşdırmaları davam etdirilir. aia.az Geri dön |