Ana Sayfa > Siyasət > Cənubi Qafqazda Yeni Geosiyasi Sülh və Güclü Liderlik Nümunəsi
Cənubi Qafqazda Yeni Geosiyasi Sülh və Güclü Liderlik NümunəsiDünən, 20:47. Yazar: azer |
![]() Son günlər xalqımız və dünya bir daha tarixə şahidlik etdi. Gecə yarısı, milyonlarla insan kimi mən də televizor qarşısında, nəfəsimi tutaraq üçtərəfli bəyanatın canlı yayımına baxırdım. O anlarda cənab Prezidentimiz İlham Əliyevin çıxışı gözlərimin önündə sadəcə bir liderin nitqi deyildi – bu, bir millətin tarixə dönən baxışları, qüruru və öz əzminə verdiyi cavab idi. Gözlərindəki o qətiyyət, səsindəki inam bizi də ruhlandırırdı. Cənab İlham Əliyev 22 illik prezidentliyi ərzində səbrlə, uzaqgörənliklə qurduğu yol bu gün sülhün bərqərar olması ilə nəticələndi. Bu, sadəcə siyasi bir zəfər deyildi – bu, ata vəsiyyətinə sədaqətin, tarix qarşısında duruşun ən parlaq təcəssümü idi. Əldə olunan sülh, həm də gələcək nəsillərin savaşsız, sabit bir regionda yaşamaq haqqının təsdiqi oldu. Sülhə aparan yolda Donald Trump və İlham Əliyev arasında qurulan şəxsi münasibətlər diplomatiyaya canlı nəfəs verdi. Donald Trump cənab Prezidentimizi Ağ Evdə “Mənim dostum gəldi!” deyə qarşılaması heç də sadə diplomatik jest deyildi. Bu, iki lider arasında yaranmış qarşılıqlı etimadın, dostluğun, siyasi vizyonun təzahürü idi. ABŞ tərəfindən 33 ildən sonra 907-ci düzəlişin ləğv olunması, ATƏT-in Minsk Qrupunun tarixin arxivinə göndərilməsi, qısa zamanda həyata keçirilən “Tramp Marşrutu” və nəhayət, “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülh və münasibətlərin təsisi haqqında Saziş” layihəsinin imzalanması Azərbaycanın haqq mübarizəsinin beynəlxalq səviyyədə tanınmasının təsdiqi idi. Bu razılaşmalar yalnız bir münaqişənin bitməsi deyil, həm də Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi dövrün başlanğıcı oldu. Artıq biz təkcə sabitlikdən deyil, inkişafdan, əməkdaşlıqdan, birgə quruculuqdan danışırıq. Bu uğurların təməlində isə cənab Prezidentin müdrik siyasəti, ordumuzun qəhrəmanlığı, şəhidlərimizin əbədi iz qoyan fədakarlığı və xalq-iqtidar birliyinin sarsılmaz gücü dayanır. Sənan Hüseynov, Nəsimi RİH yanında İctimai Şuranın sədr müavini, ADNSU IV kurs tələbəsi Geri dön |