Ana Sayfa > Manşet / Ölkə > Milli Məclisin deputatı Asif Əsgərov şəhidin anım tədbirinə qatıldı
Milli Məclisin deputatı Asif Əsgərov şəhidin anım tədbirinə qatıldıBu gün, 13:41. Yazar: azer |
![]() Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan İsmayıl Səmədovun doğum günü münasibətilə onun məzarı ziyarət olunub və anım tədbiri keçirilib. Tədbirdə Milli Məclisin deputatı Asif Əsgərov, Yeni Azərbaycan Partiyasinin Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov,ictimaiyyət nümayəndələri, kənd sakinləri və şəhidin ailə üzvləri iştirak ediblər. Çıxış edən millət vəkili Asif Əsgərov şəhid kapitan İsmayıl Səmədovun döyüş yolundan, Vətən uğrunda göstərdiyi şücaət və yüksək qəhrəmanlıqlarından danışıb, onun əziz xatirəsinin xalqımızın yaddaşında daim yaşayacağını vurğulayıb. Millət vəkili bütün şəhid ailələrinin dövlətimizin daim diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd edib. Tədbir zamanı şəhidin məzarı önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub. Həmçinin görüş çərçivəsində bir sıra vətəndaş müraciətləri dinlənilib, mövcud problemlərin həlli istiqamətində tapşırıqlar verilib. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Geri dön |