Ana Sayfa > Manşet / Siyasət > Tahir Mirkişili: "Regionda yeni bir səhifə açılır"
Tahir Mirkişili: "Regionda yeni bir səhifə açılır"Bu gün, 11:18. Yazar: azer |
![]() "ABŞ-də Azərbaycan Ermənistan, Azərbaycan ABŞ arasında bir sıra razılaşmaların imzalanması tarixi bir gün olacaq". Bu sözləri mətbuata açıqlamasında deputat Tahir Mirkişili deyib. O bildirib ki, 30 ildən çox davam edən işğalçı müharibəyə son qoyulması yolunda ilkin razılaşma, ATƏT-in Minsk qrupunun ləğv edilməsi, Naxçıvana maneəsiz gediş-gəliş, ABŞ münasibətlərin yenidən qurulması və s. kimi məsələlər regionda yeni bir səhifənin açılması deməkdir: "Bu səhifəni açan və orada nə yazılacağını müəyyən edən Azərbaycan Prezidenti İlham Əliyevdir. Bu sadaladığım məsələlər hələ 2020-ci ildən onun tərəfindən sülh prinsipləri kimi irəli sürülmüşdü. Bu prinsiplərin qəbul etdirilməsi (qədul edilməsi deyil) üçün Azərbaycan böyük bir yol keçdi. Separatçılığa son qoydu, gücünün daimi və sarsılmaz olduğunu dəfələrlə sübut etdi, xalqın iradəsinin yenilməz olduğunu bütün dünyaya sübut etdi. Razılaşmalardan Azərbaycanın əldə edəcəyi faydalar həm tarixidir, həm də iqtisadi və geosiyasidir. Uzun illər bizim inkişafımıza, regionun təhlükəsizliyinə ciddi maneə olan münaqişəyə son qoyulması, Ermənistanın tək müharibədə deyil, sülh prosesində də təslim olması bütün region üçün tarixi hadisədir. Bu hadisə nəhayət ki, regionumuzun Azərbaycanın liderliyi ilə müstəqil, ləyaqətli həyat şəraitində inkişaf etməsinə səbəb olacaq". Deputatın sözlərinə görə, dayanıqlı sülhün əldə edilməsi, Zəngəzurdan keçən kommunikasiya xəttlərinin açılması Azərbaycan iqtisadiyyatı üçün mühüm faydalar vəd edir: "Tranzit əlaqələrin həcminin artması, Şərq və Qərb arasında mühüm bir regiona çevrilmək, investisiyaların güclənməsi və iqtisadi gəlirlərin həcminin artması iqtisadiyyatımıza mühüm müsbət təsir edəcəkdir. Azərbaycanın gündəliyində böyük iqtisadi layihələr var. Bu layihələrin həyata keçməsi üçün regionda sülhün və təhlükəsizliyin təmin olunması vacibdir. Azərbaycan dövlətinin gücü və onun liderinin nüfuzu indiki tarixi şəraitdə bunu həyata keçirməyə imkan verir. Eyni zamanda, ABŞ kimi dünyanın mühüm siyasi və iqtisadi mərkəzi ilə əlaqələrin inkişaf etdirilməsində yeni səhifənin açılması fikrimcə hər iki dövlət üçün faydalı olacaqdır. Vaşinqtondakı görüşün gündəliyinin Azərbaycan Prezidenti müəyyən edib. Əminəm ki, imzalan razılaşmalar Azərbaycanı geosiyasi və geoiqtisadi baxımından yeni bir səviyyəyə qaldıracaqdır". Geri dön |