Ana Sayfa > Cəmiyyət > Azərbaycanda qatar minik avtomobili ilə toqquşdu: bir ailənin 3 üzvü öldü - YENİLƏNİB

Azərbaycanda qatar minik avtomobili ilə toqquşdu: bir ailənin 3 üzvü öldü - YENİLƏNİB


15-02-2017, 22:11. Yazar: admin
Azərbaycanda qatar minik avtomobili ilə toqquşdu: bir ailənin 3 üzvü öldü - YENİLƏNİB




Şaatlının Sarıcalar kəndi ərazisində baş vermiş ağır qəza nəticəsində ölənlərin kimliyi məlum olub.

AİA.Az APA-ya istinadən xəbər verir ki, bu, Ağayev Güloğlan Abı oğlu, Ağayeva Hökumə Murtuz qızı və onların qızı Lamiyədir.

Onların hər üçünün Sabirabad sakini olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

---------

20:40

Saatlı rayonunda ağır yol qəzası baş verib.

AİA.Az-ın APA-ya istinadən məlumatına görə, insident rayonun Sarıcalar kəndində qeydə alınıb.

Teplovozla minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb. İlkin məlumata əsasən, ölənlər bir ailənin üzvləridir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. İnsidentin səbəbləri araşdırılır.

aia.az
Geri dön