Ana Sayfa > Manşet / Siyasət / Özəl > Eltun Süleymanov: "Cənab Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində bu mərhələdə Azərbaycanın mövqeyi dəqiq, ardıcıl və prinsipial şəkildə müdafiə olundu"

Eltun Süleymanov: "Cənab Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində bu mərhələdə Azərbaycanın mövqeyi dəqiq, ardıcıl və prinsipial şəkildə müdafiə olundu"


Bu gün, 14:29. Yazar: azer
Eltun Süleymanov: "Cənab Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində bu mərhələdə Azərbaycanın mövqeyi dəqiq, ardıcıl və prinsipial şəkildə müdafiə olundu"

Azərbaycan diplomatiyası son onilliklərdə dövlətimizin beynəlxalq mövqelərini möhkəmləndirməkdə, regional və qlobal siyasət səhnəsində öz sözünü deməkdə, xüsusilə isə 44 günlük Vətən müharibəsindən sonra yeni reallıqlar yaratmaqda misilsiz rol oynamışdır. Tarixi Zəfər hərbi meydanda əldə olunsa da, onun davamı diplomatik masada, siyasi iradə və strateji uzaqgörənliklə təmin edildi. Vaşinqtonda imzalanan sülh bəyannaməsi isə bu prosesin məntiqi yekunu, tarixi ədalətin diplomatik möhürü oldu.

Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib.

Müsahibimiz bildirib ki, 44 günlük müharibə Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə yanaşı, bölgədə yeni güc balansı yaratdı. Hərbi zəfərdən sonra diplomatiyamızın qarşısında duran əsas vəzifə bu qələbəni beynəlxalq hüquq müstəvisində təsdiqləmək, yeni reallıqları dünya ictimaiyyətinə qəbul etdirmək idi. Cənab Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində bu mərhələdə Azərbaycanın mövqeyi dəqiq, ardıcıl və prinsipial şəkildə müdafiə olundu. Postmüharibə dövründə aparılan danışıqlar, beynəlxalq platformalarda səslənən çıxışlar, ikitərəfli və çoxtərəfli görüşlər nəticəsində Azərbaycanın səsi yalnız regionda deyil, qlobal arenada da daha gur eşidildi. Azərbaycan diplomatiyasının uğurunun təməlində üç mühüm sütun dayanır: siyasi iradə, siyasi güc və siyasi dil. Siyasi iradə – milli maraqlardan kənara çıxmadan, heç bir təzyiq qarşısında geri çəkilmədən, prinsipial mövqeyi qorumaqdır. Siyasi güc – iqtisadi potensial, hərbi imkanlar və beynəlxalq nüfuzun vəhdətindən doğur. Siyasi dil isə – haqlı mövqeyi həm dostlara, həm də tərəddüd edənlərə elə izah etməkdir ki, qarşı tərəf reallığı qəbul etməyə məcbur olsun. Cənab Prezident İlham Əliyev bu üç elementi ustalıqla birləşdirərək, Azərbaycanın diplomatik xəttini həm regionda, həm də beynəlxalq miqyasda qəbul etdirə bildi. Bu, hərbi qələbənin diplomatik qələbəyə çevrilməsinin əsas şərti idi. Vaşinqton Zirvəsi isə Diplomatik Qələbənin yekunu oldu. 8 avqust 2025-ci ildə Vaşinqtonda imzalanan birgə bəyannamə, 44 günlük müharibə ilə başlanan yeni mərhələnin möhkəm bünövrəsini qurdu. Bu sənəd Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından rəsmən imtina etməsi ilə nəticələndi və regionda uzunmüddətli sülhün əsasını qoydu. Vaşinqton görüşü, həm də ABŞ kimi böyük gücün Azərbaycanın yaratdığı reallığı qəbul etməsi demək idi. Bu, yalnız diplomatik sənəd deyil, eyni zamanda milli iradənin, qətiyyətin və haqlılığın siyasi təsdiqi idi. Azərbaycan diplomatiyası 44 günlük müharibədən sonra keçdiyi yol ilə bir daha sübut etdi ki, siyasi iradə və güc bir araya gəldikdə, hətta onilliklərdir davam edən münaqişələr belə ədalətli həllini tapa bilər. Vaşinqtonda qoyulan son nöqtə isə bu həqiqətin ən parlaq sübutudur. Bu, gələcək nəsillərə sülh, təhlükəsizlik və inkişaf dolu bir region miras qoymaq üçün atılmış tarixi addımdır. Şəhidlərimizin ruhu şaddır – çünki onların qanı ilə alınan zəfər, masada da təsdiqini tapdı-deyə E. Süleymanov fikrini tamamlayıb.
Geri dön