Ana Sayfa > Ölkə > DYP yük avtomobili sürücülərinə müraciət etdi
DYP yük avtomobili sürücülərinə müraciət etdiBu gün, 12:42. Yazar: azer |
![]() Baş Dövlət Yol Polisi İdarəsi yük avtomobili sürücülərinə müraciət edərək bildirir ki, iri qabarit, yüksək çəki və uzun tormoz məsafəsi bu nəqliyyat vasitələrinin idarəsini digər avtomobillərə nisbətən daha çətin və məsuliyyətli edir. Bu xüsusiyyətlər nəzərə alınmadan hərəkət edilməsi qəza riskini dəfələrlə artırır. Baş Dövlət Yol Polisi İdarəsindən aia.az-a verilən məlumata görə, sürət həddinin seçilməsi zamanı hava şəraiti, yol örtüyünün vəziyyəti və daşınan yükün ağırlığı nəzərə alınmalı, qəfil yaranan vəziyyətlərdə vaxtında reaksiya vermək üçün təhlükəsiz məsafə qorunmalıdır. Zolaq dəyişmə, dönmə və digər manevrlər yalnız kifayət qədər yer və vaxt təmin edildikdən sonra icra olunmalıdır. Geri dön |