Ana Sayfa > Karusel > Güllə Ərdoğanın baş yavəri həbs olundu
Güllə Ərdoğanın baş yavəri həbs olundu15-02-2017, 21:37. Yazar: admin |
Türkiyədə FETÖ ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində sabiq prezident Abdullah Gül və hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın baş yavəri (hərbi müşaviri) Bekir Furkan Özdaban həbs olunub. Aia.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Özdaban yanvarın 16-da 7 polkovniklə birlikdə Şimali Kipr Türk Cumhuriyyətində polislər tərəfindən saxlanılaraq Ankaraya gətirilmişdi. 8 nəfər məhkəmədə dindirildikdən sonra onların xarici ölkəyə səyahətləri qadağan olunmuş və sərbəst buraxılmışdılar. Lakin Ankara Cumhuriyyət Baş Prokurorluğu bu gün onun buraxılmasına etiraz edəndən sonra B. Özdaban Ankara 1-ci Sülh Cəza Məhkəməsində dindirilib və haqqında həbs-qətimkan tədbiri seçilib. aia.az Geri dön |