Ana Sayfa > Özəl > Almaniyanın silah ixracını dayandırması Netanyahunu məyus edir

Almaniyanın silah ixracını dayandırması Netanyahunu məyus edir


Dünən, 21:57. Yazar: sevinc1
Almaniyanın silah ixracını dayandırması Netanyahunu məyus edir
İsrailin baş naziri Benyamin Netanyahu Almaniyanın Qəzza şəhərini işğal etmək qərarından sonra İsrailə silah ixracını dayandırmasından məyus olduğunu bildirib.
Berlinin Qəzza zolağında istifadə oluna biləcək silah ixracatını dayandırmaq qərarından sonra baş nazir Netanyahu Almaniya kansleri Fridrix Merzlə görüşüb, İsrail Baş Nazirinin dəftərxanasından bildiriblər.

Məlumata görə, görüş zamanı baş nazir Netanyahu Merz-ə silah ixracını dayandırmaq qərarına görə "məyusluğunu" ifadə edib.


Netanyahu həmçinin Almaniyanın silah ixracını dayandırmaq qərarı ilə "Həmas"ı mükafatlandırdığını iddia edib.

Bu arada İsrailin baş naziri Netanyahu X hesabında etdiyi paylaşımda Qəzza şəhərinin işğalı qərarının Qəzza zolağında HƏMAS və Fələstin muxtariyyətindən azad mülki administrasiya yaratmaq məqsədi daşıdığını iddia edib.

İsrail Təhlükəsizlik Kabineti Qəzza zolağının şimalında yerləşən Qəzza şəhərinin işğalı üçün yeni planı təsdiqləyib.

Yerli mənbələrin məlumatına görə, İsrail ordusu Qəzza şəhərinin bütün ərazisini işğal etməyə hazırlaşır.

aia.az
Tərcümə şöbəsi
Geri dön