Ana Sayfa > Manşet / Siyasət > Azər Kərimli: “ExxonMobil” ilə SOCAR arasında müqavilənin imzalanması Azərbaycanın iqtisadi cəhətdən daha da dayanıqlı olmasının təminatçısı kimi çıxış edəcək

Azər Kərimli: “ExxonMobil” ilə SOCAR arasında müqavilənin imzalanması Azərbaycanın iqtisadi cəhətdən daha da dayanıqlı olmasının təminatçısı kimi çıxış edəcək


Bu gün, 15:25. Yazar: azer
Azər Kərimli: “ExxonMobil” ilə SOCAR arasında müqavilənin imzalanması Azərbaycanın iqtisadi cəhətdən daha da dayanıqlı olmasının təminatçısı kimi çıxış edəcək

Milli Məclisin deputatı Azər Kərimli Azəbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vaşinqtona səfəri və səfər çərçivəsində “ExxonMobil” ilə SOCAR arasında imzalanan müqavilə ilə bağlı rəsmi faceook hesabında palaşım edib.

Millət vəkili Azər Kərimli yazır: “Azəri-Çıraq-Günəşli”də 6.8%, “Bakı-Tbilisi-Ceyhan”da isə 2.5% paya malik olan “ExxonMobil” ilə SOCAR arasında üçtərəfli tarixi görüşdən bir gün öncə yeni müqavilənin imzalanması, ABŞ-ın iqtisadi maraqlarının təmin olunmasına xidmət etməklə yanaşı, Azərbaycanın iqtisadi cəhətdən daha da dayanıqlı olmasının təminatçısı kimi çıxış edəcək. Enerji əməkdaşlığı vasitəsilə ikitərəfli siyasi dialoq daha da dərinləşəcək və Azərbaycan ABŞ siyasətində mühüm enerji tərəfdaşı kimi bir daha təsdiqlənəcək. Bu uğur, Azərbaycan Prezidenti cənab İlham Əliyevin uzun illər ərzində apardığı uzaqgörən və məqsədyönlü siyasətin nəticəsidir.”
Geri dön