Ana Sayfa > İdman > "Qarabağ"ın cavab oyununa 14 500 bilet satılıb

"Qarabağ"ın cavab oyununa 14 500 bilet satılıb


Bu gün, 13:15. Yazar: sevinc1
"Qarabağ"ın cavab oyununa 14 500 bilet satılıb

Bakıda "Qarabağ" ilə Şimali Makedoniyanın "Şkendiya" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununa 14 500 bilet satılıb.

Bu barədə aia.az-a Azərbaycan çempionunun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək. Səfərdəki görüşdə "köhlən atlar" rəqibi bir cavabsız qolla üstələyib.

aia.az
Geri dön