Ana Sayfa > Ölkə > Naxçıvanda 41 dərəcə isti olub -
Naxçıvanda 41 dərəcə isti olub -Bu gün, 09:48. Yazar: sevinc1 |
![]() Avqustun 8-i saat 9:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən aia.az-a verilən məlumata görə, avqustun 8-i saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb. Düşən yağıntının miqdarı Daşkəsən, Qusar, Qrız (Quba) və Şahdağda 1-8 mm-dək olub. Avqustun 7-də saat 16:38-16:46 radələrində Şahdağa diametri 4 mm olan dolu düşüb. Avqustun 7-də havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36, dağlıq rayonlarda 30, Aran rayonlarında, eyni zamanda Naxçıvan MR-da 41 dərəcəyədək isti qeydə alınıb. aia.az Geri dön |