Ana Sayfa > Manşet / Ölkə / Özəl > Cəlilabad RİH qanunsuz ərazi satışı ilə bağlı yayılmış məlumatı təkzib etdi

Cəlilabad RİH qanunsuz ərazi satışı ilə bağlı yayılmış məlumatı təkzib etdi


7-08-2025, 11:44. Yazar: azer
Cəlilabad RİH qanunsuz ərazi satışı ilə bağlı yayılmış məlumatı təkzib etdi

aia.az saytı 04-08-2025 tarixində “Cəlilabadda abidəni və ərazini hansı məmur satıb?” sərlövhəli məqalə dərc etmişdi. Cəlilabad Rayon İcra Hakimiyyəti məsələyə münasibət bildirib. aia.az-ın rəsmi facebook səhifəsinə Cəlilabad RİH tərəfindən təqdim olunan açıqlamada məqalədə irəli sürülən bütün iddialar təkzib edilir. Açıqlamanın mətnini təqdim edirik: “Azərbaycan İnformasiya Agentliyi, qeyd edək ki, qeyri-rəsmi qeydiyyatda olan abidə hazırda öz yerindədir və həmin ərazi heç kimə satılmayıb. Rayon icra hakimiyyəti başçısının 19 fevral 2015-ci il tarixli sərəncamı ilə həmin abidənin ön hissəsində Ədalət Nəcəfova dövlət fonduna məxsus 150 kvm torpaq sahəsi icarəyə verilmişdir. Qeyd edilənlərin heç bir hüquqi əsası yoxdur.”
Geri dön