Ana Sayfa > Manşet / Ölkə > Şəmkirdə mikroavtobus yük maşınına çırpıldı -
Şəmkirdə mikroavtobus yük maşınına çırpıldı -7-08-2025, 08:55. Yazar: sevinc1 |
![]() Şəmkirdə mikroavtobusun yük maşınına çırpılması zamanı yaralananların kimlikləri məlum olub. aia.az-ın məlumatına görə, xəsarət alanlar "Mercedes Sprinter"insərnişinləri Ağstafa rayon sakinləri 1995-ci il təvəllüdlü M.Qəribov, 2004-cü il təvəllüdlü N.Qəribova,1969-cu il təvəllüdlü K.Məmmədov, Bakı şəhər sakini 1975-ci il təvəllüdlü Ş.Pənahova və Gürcüstan vətəndaşı olan 1970-ci il təvəllüdlü B.Gözəlovadır. Yaralılardan K.Məmmədovun vəiyyəti ağır olduğundan Gəncə şəhərinə aparılıb. Qəzanın bəzi təfərrüatları da məlum olub. Belə ki Bakıdan-Qazax gedən "Mercedes Sprinter" markalı mikroavtobus yük maşınına arxadan çırpılıb. Qəza zamanı 7 nəfər hadisə yerində ölüb. 5 nəfər ağır xəsarət alıb. Ölənlərin bəziləri Ağstafa rayon sakinidir. Məlumata görə, ölənlərin əksətiyyəti qadındır. Hadisə yerin DYP əməkdaşları cəlb edilib. *** Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. aia.az-ın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan "Mercedes Sprinter" markalı mikroavtobus yük maşına çırpılıb. Qəza zamanı 7 nəfər ölüb. Ağır yaralılar da var. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib/Unikal aia..az Geri dön |