Ana Sayfa > Siyasət > Azərbaycan Prezidenti litvalı həmkarını təbrik edib

Azərbaycan Prezidenti litvalı həmkarını təbrik edib


15-02-2017, 18:15. Yazar: admin
Azərbaycan Prezidenti litvalı həmkarını təbrik edib


Azərbaycan Prezidenti İlham Əliyev Litva Prezidenti Dalya Qribauskayteyə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli xanım Prezident, Litva Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-Litva dostluğu və əməkdaşlığı, daim genişlənməkdə olan siyasi, iqtisadi və mədəni əlaqələrimiz bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Litva xalqına daim sülh və rifah diləyirəm".

AİA.az
Geri dön