Ana Sayfa > İdman > “Araz-Naxçıvan”ın oyunlarını idarə edəcək hakimlər açıqlandı
“Araz-Naxçıvan”ın oyunlarını idarə edəcək hakimlər açıqlandıDünən, 14:01. Yazar: sevinc1 |
![]() UEFA Çempionlar Liqasının ilkin mərhələsində iştirak edəcək “Araz-Naxçıvan”ın yer aldğı qrupun oyunlarını idarə edəcək hakimlər açıqlanıb. aia.az xəbər verir ki, qrupun matçlarında 4 hakim olacaq. Orest Dutsyak (Ukrayna), Qonsalo Felipe Santos Duarte (Portuqaliya), Vladimir Sebek (Monteneqro), Aleksandar Vangelov (Bolqarıstan) iş başında olacaq. Hakim-inspektor funksiyasını Talal Daravşi yerinə yetirəcək. Qeyd edək ki, “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının ilkin mərhələsində F qrupunda yer alıb. Naxçıvan klubu avqustun 27-də Şimali İrlandiyanın “Sparta" (Belfast), ertəsi gün Şotlandiyanın PYF, avqustun 30-da isə Avstriyanın “Ljuti” komandaları ilə qarşılaşacaq. Bu qrupun oyunları Avstriyada keçiriləcək. Reqlamentə əsasən, yalnız qrup qalibi əsas mərhələyə yüksələcək. aia.az Geri dön |