Ana Sayfa > Ölkə > “AZMA GROUP” MMC ölkədən nə qədər valyuta çıxarıb?
“AZMA GROUP” MMC ölkədən nə qədər valyuta çıxarıb?Bu gün, 11:59. Yazar: azer |
![]() “AZMA GROUP” MMC ölkədən çıxardığı 60 min dollara görə cərimələnib. Şirkət 2 il keçməsinə baxmayaraq, ölkədən çıxardığı vəsaitin qarşılığında heç bir məhsul sifariş verməyib. XALQ xəbər verir ki, Mərkəzi Bank “AZMA GROUP” MMC-nin ölkədən 60 min dollar çıxardığını müəyyən edib. Nəzərdə tutulan iki il müddətində həmin məbləğ qarşılığında ölkəyə heç bir məhsul idxal edilməyib. Buna görə də Mərkəzi Bank tərəfindən MMC barəsində inzibati protokol tərtib edilib. MMC İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib və 60 min dolların 20 faizi məbləğində, 12 min dollar cərimə növündə tənbeh tədbiri təyin edilib. Qeyd edək ki, şirkətin qanuni təmsilçisi Cəfərov Elsevər Məhərrəm oğludur. Nizamnamə kapitalı 10 manat olan şirkətin vergi ilə də başı dərddədir. MMC-nin hazırda vergiyə 600 min manata yaxın borcu yaranıb. Geri dön |