Ana Sayfa > Təhsil > MİQ üzrə vakansiya seçiminə start verilib
MİQ üzrə vakansiya seçiminə start verilibDünən, 11:37. Yazar: sevinc1 |
![]() Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinə start verilib. Bu barədə aia.az-a İnsan Resusları Mərkəzindən məlumat verilib. Bildirilib ki, bu gün saat 11-dən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətsiz müqavilə ilə vakansiya seçimi mərhələsi həyata keçiriləcək. Bütün fənlər üzrə test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər 11 avqust saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər. Qeyd edilib ki, namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq: "Vakansiya seçimi mərhələsi ilə bağlı ən çox ünvanlanmış sualların cavabları ilə https://miq.edu.az/faq linkinə daxil olaraq tanış ola bilərsiniz". aia.az Geri dön |