Ana Sayfa > Şou-biznes > Məşhur amerikalı aktrisa öldü

Məşhur amerikalı aktrisa öldü


Bu gün, 09:57. Yazar: sevinc1
Məşhur amerikalı aktrisa öldü

Məşhur amerikalı aktrisa Kelli Mak 33 yaşında vəfat edib.

aia.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Bildirilib ki, mərkəzi sinir sisteminin glioması ilə uzun müddət mübarizə aparan aktrisa Ohayo ştatının Çinçinnati şəhərində dünyasını dəyişib.

Qeyd edək ki, Makın aktyorluq karyerası 2000-ci illərdə başlayıb. O, daha çox "Yeriyən ölülər" (“The Walking Dead”, 2010-2022) və "Çikaqo həkimləri" (Chicago Med, 2015-ci ildən indiyədək) seriallarındakı rolları ilə tanınıb. Aktrisanın son işi "Universal" (Universal, 2025) tammetrajlı filmində olub.


Geri dön