Ana Sayfa > Özəl > Guardian: Trampın koqnitiv problemləri ola bilər

Guardian: Trampın koqnitiv problemləri ola bilər


Dünən, 23:14. Yazar: sevinc1
Guardian: Trampın koqnitiv problemləri ola bilər

“The Guardian” Cornell Universitetinin psixologiya professoru Harri Seqala istinadən yazır ki, ABŞ prezidenti Donald Trampın ictimai çıxışlar zamanı davranışı və jurnalistlərlə danışarkən mövzudan-mövzuya tullanması koqnitiv problemlərin əlaməti ola bilər.
"O, fərqinə varmadan, sadəcə mövzuları dəyişir, özünə nəzarət etmədən, fikirlərini tutarlı şəkildə ifadə etmədən," dedi Seqal.

Qeyd olunur ki, xüsusən də Tramp seçkiqabağı vədlərinin yerinə yetirilməsindən danışarkən evlərə su verilməsi mövzusuna keçib.

Bundan əvvəl Ağ Ev məlumat vermişdi ki, müayinədən sonra Trampa xroniki venoz çatışmazlığı diaqnozu qoyulub.

aia.az
Tərcümə şöbəsi
Geri dön