Ana Sayfa > Cəmiyyət > Müsəlman səfir terrorun qurbanı oldu

Müsəlman səfir terrorun qurbanı oldu


15-02-2017, 16:28. Yazar: admin
Müsəlman səfir terrorun qurbanı oldu

Əfqanıstanda törədilən terror aktı zamanı ağır yaralanan Birləşmiş Ərəb Əmirliklərinin Əfqanıstandakı səfiri Cumaa əl Kaabi vəfat edib.

AzVision.az “Ria Novosti” yə istinadən xəbər verir ki, bu barədə BƏƏ prezidentinin işlər üzrə nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, terror aktı Qəndahar əyalətinin qubernatoru Qamayun Əzizinin qonaq evində, onun BƏƏ səfiri ilə görüşü zamanı baş verib.

Partlayış nəticəsində hər iki siyasətçi yaralanıb. Məlumata görə, terror aktı nəticəsində 4 ərəb cangüdən daxil olmaqla 9 nəfər ölüb, 16 nəfər yaralanıb.


AİA.az
Geri dön