Ana Sayfa > Özəl > NATO-nun baş katibi Almaniyanı alqışlayır- SƏBƏB

NATO-nun baş katibi Almaniyanı alqışlayır- SƏBƏB


Dünən, 20:27. Yazar: sevinc1
NATO-nun baş katibi Almaniyanı alqışlayır- SƏBƏB
NATO-nun baş katibi Mark Rutte Almaniyanın Ukraynaya daha iki “Patriot” hava hücumundan müdafiə sistemi vermək qərarından məmnunluğunu ifadə edib.
NATO-nun baş katibi Rutte X hesabında Almaniyanın Ukraynanı daha çox hava hücumundan müdafiə sistemi ilə təmin etmək qərarı ilə bağlı açıqlama verib.

Rutte “Almaniyanın Ukraynaya daha iki Patriot sistemi təqdim etmək qərarını alqışlayıram” deyib.

Rutte bu qərarın "böyük xəbər" olduğunu bildirərək, müdafiə sistemlərinin "Ukraynaya öz hava məkanını müdafiə etməyə, Ukrayna xalqını qorumağa və Rusiyanın təcavüzünün qarşısını almağa kömək edəcək" dedi.

Almaniya Xarici İşlər Nazirliyi Almaniyanın Ukraynaya iki Patriot hava hücumundan müdafiə sistemi təqdim edəcəyini açıqlayıb. Almaniya daha əvvəl Ukraynaya üç Patriot sistemi təqdim etmişdi.

aia.az
Tərcümə şöbəsi
Geri dön