Ana Sayfa > Ölkə > Qarpız və yemişin monitorinqi oldu

Qarpız və yemişin monitorinqi oldu


Dünən, 16:59. Yazar: sevinc1
Qarpız və yemişin monitorinqi oldu

Yay aylarında əhali tərəfindən geniş şəkildə istehlak olunan qarpız və yemiş məhsulları üzrə cari mövsümdə də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) monitorinqlər keçirib.

Bu barədə aia.az-a agentlikdən bildirilib.

Məlumata görə, nəzarət tədbirləri çərçivəsində ölkə ərazisində fəaliyyət göstərən satış nöqtələrindən qarpız və yemiş məhsullarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.

Aparılan laborator müayinələr zamanı məhsullarda nitrat və pestisid qalığı səviyyələri yoxlanılıb. Sınaq nəticələrinə əsasən, nümunələrdə uyğunsuzluq aşkar edilməyib.

Qeyd edək ki, son zamanlarda sosial şəbəkələrdə qarpız və yemiş məhsullarında bakteriaların olduğu yayılıb.

aia.az
Geri dön