Ana Sayfa > Gündəm / Aia TV > ABŞ dünya lideri rolunu itirə bilər

ABŞ dünya lideri rolunu itirə bilər


15-02-2017, 16:08. Yazar: admin
ABŞ dünya lideri rolunu itirə bilər

Avropa İttifaqı diplomatiyasının rəhbəri Federika Mogerini ABŞ-ın dünya lideri mövqeyini itirə biləcəyindən narahat olub.

Bu barədə o, "Die Welt” qəzetinə verdiyi müsahibəsində Vaşinqtona səfərindən danışarkən bildirib.

"Mən hələ heç vaxt ABŞ-ı bu qədər münaqişələrlə yüklənmiş, bölünmüş görməmişdim. Amma qlobal lider rolunu oynamaq istəyən daxilən güclü, özünə inamlı və birləşmiş olmalıdır”, - o deyib.

"Əgər dünyada ən böyük demokratiya bu səviyyədə gərginlik nümayiş etdirirsə, bu, bütün dünya üçün sabitliyi pozan amil ola bilər”, - Mogerini əlavə edib.

Onun sözlərinə görə, ABŞ və Avropa arasında gələcəkdə praqmatik münasibətlər üstünlük təşkil edəcək. "Biz münasibətlərimizdə yeni mərhələyə yaxınlaşırıq ki, oxşarlığımızın nədə olduğunu anlayaq. Bu, faciə deyil”, - Mogerini belə hesab edir.

Bu həftənin sonunda Amerika hökumətinin nümayəndələri Avropaya rəsmi səfərə gəlməyə hazırlaşırlar. Əsasən, Pentaqon rəhbəri Ceyms Mattis çərşənbə günü NATO-dakı həmkarları ilə görüşməyə hazırlaşır.

AİA.az
Geri dön