Ana Sayfa > Özəl > Belçika iki İsrail əsgərinə qarşı müharibə cinayətləri işini Beynəlxalq Cinayət Məhkəməsinə göndərmək qərarına gəlib
Belçika iki İsrail əsgərinə qarşı müharibə cinayətləri işini Beynəlxalq Cinayət Məhkəməsinə göndərmək qərarına gəlib30-07-2025, 19:21. Yazar: sevinc1 |
![]() Belçika Federal Prokurorluğu Qəzzada müharibə cinayətləri ilə bağlı şikayətlər əsasında nəzarətə alınan və sorğu-sual edilən iki İsrail əsgərinin işinin Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) verilməsinə qərar verdiyini açıqlayıb. Federal Prokurorluq, Brüsseldə yerləşən Hind Rəcəb Vəqfinin iyulun 18-19-da Belçikanın Boom qəsəbəsində keçiriləcək Tomorrowland Festivalına qatılmaq üçün Belçikaya gələn iki İsrail əsgərinə qarşı şikayət etdiyini açıqlayıb. Açıqlamada, Federal Prokurorluğun şikayəti nəzərdən keçirdikdən sonra İsrail əsgərlərinin dosyelərinin BCM-yə göndərilməsinə qərar verdiyi vurğulanaraq, qərarın Belçikanın beynəlxalq öhdəliklərinə uyğun olaraq qəbul edildiyi və ədalət mühakiməsinin düzgün şəkildə həyata keçirilməsinin təmin edildiyi qeyd edilib. Hind Rəcəb Vəqfi iyulun 21-də Belçika Federal Polisinin Qəzzada müharibə cinayətləri ilə bağlı şikayətlər əsasında iki İsrail əsgərini saxlayıb və sorğu-sual etdiyini açıqlayıb. İsrail Xarici İşlər Nazirliyi insidentlə bağlı açıqlamasında vətəndaşlarının həbsdə dindirildiyini təsdiqləsə də, səbəbini açıqlamayıb. aia.az Tərcümə şöbəsi Geri dön |