Ana Sayfa > İdman > Çempionlar Liqası:
Çempionlar Liqası:30-07-2025, 10:20. Yazar: sevinc1 |
![]() Bu gün "Qarabağ" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Şelburn"la (İrlandiya) cavab oyununa çıxacaq. aia.az xəbər verir ki, görüş Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq. Matçı İtaliyadan olan hakimlər briqadası idarə edəcək. Bu komandalar arasında ilk oyunda Qurban Qurbanovun komandası 3:0 hesablı qələbə qazanıb. Cütün qalibi 3-cü mərhələdə "Şkendiya" (Şimali Makedoniya) - FCSB (Rumıniya) cütünün üstün tərəfi ilə üz-üzə gələcək. "Qarabağ" - "Şelburn" duelinin məğlubu isə Avropa Liqasının 3-cü mərhələsində "HNK Riyeka (Xorvatiya)" - "Ludoqorets" (Bolqarıstan) cütünün məğlubuna rəqib olacaq. 30 iyul 20:00. “Qarabağ” (Azərbaycan) - “Şelburn” (İrlandiya) Tofiq Bəhramov adına Respublika stadionu. Baş hakim: Andrea Kolombo, Stefano Alassio, Dario Cekkoni, Kevin Bonakina VAR: Daniele Doveri AVAR: Daniele Paterna (Hakimlər briqadası İtaliyadandır) Tofiq Bəhramov adına Respublika Stadionu İlk oyun - 3:0. aia.az Geri dön |