Ana Sayfa > Aia TV / Şou-biznes > Mənzurə Musayeva "Funda Hospital"da çalışan həkimdən şikayətçidir

Mənzurə Musayeva "Funda Hospital"da çalışan həkimdən şikayətçidir


Dünən, 17:39. Yazar: azer
Mənzurə Musayeva "Funda Hospital"da çalışan həkimdən şikayətçidir

Müğənni Mənzurə Musayeva "Funda Hospital"da çalışan plastik-cərrah Məhəmməd Poluxovun hələ də onun pulunu qaytarmadığını deyib.

aia.az xəbər verir ki, sənətçi bununla bağlı "Xəzər axşamı" proqramında danışıb. Mənzurə bildirib ki, həkim ona pulunu qaytarmağa söz versə də, hələ etməyib:

"Cammat gözünün altını kəsdirir. Mənim isə gözümün altı qırışsız, düz idi. Əməliyyatdan sonra qırış, torba əmələ gəldi. Üstəlik buxağım olmamışdı. Əməliyyatdan sonra yarandı. Hələ də söz-söhbət gedir. Ödənişi qaytarmalıdır. Söz verib, amma gözləyirəm. Əks halda onunla bağlı tədbir görüləcək".
Geri dön