Ana Sayfa > Ölkə > Bu yolda hərəkət məhdudlaşdırılacaq -
Bu yolda hərəkət məhdudlaşdırılacaq -Dünən, 16:18. Yazar: sevinc1 |
![]() "29 iyul saat saat 08:00-dan saat 22:00-dək Bakı şəhəri, Səbail rayonu, Salyan şosesində (20-ci Sahə dairəsindən Bibiheybət məscidi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar olaraq, sözügedən hissədə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq". Bu barədə aia.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. "Sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur", - məlumatda qeyd olunub. aia.az Geri dön |