Ana Sayfa > Özəl > Makronun Fələstinlə bağlı qərarı biabırçılıq və kapitulyasiya adlandırılıb
Makronun Fələstinlə bağlı qərarı biabırçılıq və kapitulyasiya adlandırılıbDünən, 18:42. Yazar: sevinc1 |
![]() Fransa prezidenti Emmanuel Makronun müstəqil Fələstini tanımaq qərarı Fələstinin radikal islamçı Həmas qruplaşmasına təslim olmaqdır. “Politico” jurnalı xəbər verir ki, bu açıqlama ilə İsrailin müdafiə naziri İsrael Kats çıxış edib. “Makronun Fələstin dövlətini tanımaq niyyəti ilə bağlı bəyanatı biabırçılıq və terrora təslim olmaqdır, Holokostdan sonra yəhudi xalqına qarşı ən dəhşətli qətliam həyata keçirən Həmasdan olan qatillər və təcavüzkarları təşviq etməkdir”, - Müdafiə Nazirliyinin rəhbəri bildirib. Bundan əvvəl Fransa lideri Emmanuel Makron bildirib ki, Paris sentyabrda BMT Baş Assambleyasının iclasında müstəqil Fələstin dövlətini rəsmən tanıyacaq. O qeyd edib ki, hazırda Qəzzada müharibənin dayandırılması və mülki əhaliyə lazımi dəstəyin göstərilməsi son dərəcə vacibdir. aia.az Tərcümə şöbəsi Geri dön |