Ana Sayfa > Ölkə > Füzulidəki yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir
Füzulidəki yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir24-07-2025, 11:12. Yazar: sevinc1 |
![]() Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndi yaxınlığında dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb. Bu barədə aia.az-a Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir. Yanğınla mübarizə tədbirlərinə FHN-in Aviasiya dəstəsi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. aia.az Geri dön |