Ana Sayfa > Özəl > Almaniya Ukraynaya yardımın davam etdirilməsi üçün şərt qoyub
Almaniya Ukraynaya yardımın davam etdirilməsi üçün şərt qoyub23-07-2025, 20:33. Yazar: sevinc1 |
![]() Ukrayna antikorrupsiya islahatları sahəsində səy göstərməlidir Bunu Almaniya hökumətinin rəsmi nümayəndəsi Stefan Kornelius Kiyevdə korrupsiya ilə bağlı məlumatlar təsdiqlənərsə, alman silahlarının ixracının nəticələri ilə bağlı sualı cavablandırarkən deyib. "Federal hökumət həmişə vurğulayırdı ki, Ukraynada antikorrupsiya qurumlarının müstəqilliyi və gücü aparılan islahatların ən mühüm nailiyyətləridir. Və gələcəkdə Ukrayna bu meyarları dəqiq yoxlamalı olacaq". Qərb Zelenskinin hərəkətlərinə qəzəblənib Bundan əvvəl Ukrayna lideri Vladimir Zelenski Ali Rada tərəfindən qəbul edilmiş və Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) və İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğunun (SAPO) səlahiyyətlərinin məhdudlaşdırılmasını təklif edən qanun layihəsini imzalayıb. aia.az Tərcümə şöbəsi Geri dön |