Ana Sayfa > İdman > Şvaynştayqer boşandı

Şvaynştayqer boşandı


23-07-2025, 17:13. Yazar: sevinc1
Şvaynştayqer boşandı

Futbol üzrə dünya çempionu, Almaniya millisinin sabiq üzvü Bastian Şvaynştayqer və dünyanın keçmiş bir nömrəsi, tennisçi Ana İvanoviçdən boşanıb.

aia.az xəbər verir ki, onlar 9 illik evlilikdən sonra ayrılıblar. Bu haqda Anna İvanoviçin vəkili bildirib.

Vəkil ayrılığa səbəb kimi fikir ayrılıqlarını göstərib və əlavə şərh verməkdən imtina edib.

Daha əvvəl bildirilmişdi ki, 37 yaşlı İvanoviç və 40 yaşlı Şvaynştayger 2025-ci ilin fevralında ayrılıblar. Ana oğulları Luka, Leon və Teo ilə Belqradda yaşayır.

Cütlük 2016-cı ilin iyulunda evlənib. İdmançıların 3 oğlu var: Lukanın 7, Leonun 4, Teonun isə 1 yaşı var.

aia.az
Geri dön