Ana Sayfa > Manşet / Siyasət > Baş nazirdən bu tibb işçiləri ilə bağlı

Baş nazirdən bu tibb işçiləri ilə bağlı


Dünən, 12:58. Yazar: sevinc1
Baş nazirdən bu tibb işçiləri ilə bağlı

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti uzadılıb.

aia.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, əlavənin verilmə müddəti 1 oktyabra kimi uzadılıb.

Qeyd edək ki, əvvəl bu müddət 1 iyula qədər nəzərdə tutulmuşdu.

aia.az
Geri dön