Ana Sayfa > Özəl > Döyüş təyyarəsi kampusa çırpılıb, ölənlərin sayı 31-ə çatıb

Döyüş təyyarəsi kampusa çırpılıb, ölənlərin sayı 31-ə çatıb


Dünən, 16:06. Yazar: sevinc1
Döyüş təyyarəsi kampusa çırpılıb, ölənlərin sayı 31-ə çatıb
Banqladeşin paytaxtı Dəkkə şəhərində təlim təyyarəsinin məktəb şəhərciyinə çırpılması nəticəsində ölənlərin sayı 31-ə çatıb.
Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus F-7 hərbi təlim təyyarəsinin paytaxt Dəkkədəki universitet şəhərciyinə düşməsi nəticəsində ölənlərin sayının 31-ə yüksəldiyi bildirilir.

Səlahiyyətlilər qurbanlardan 25-nin tələbə olduğunu, 78 yaralının isə müalicə aldığını bildirib.

Hərbçilər bildiriblər ki, təlim təyyarəsi dünən yerli vaxtla saat 13:06-da A.K.-dan havaya qalxdıqdan qısa müddət sonra texniki nasazlıq səbəbindən qəzaya uğrayıb.

aia.az
Tərcmüə şöbəsi
Geri dön