Ana Sayfa > Ölkə > Sabah maqnit qasırğası gözlənilir
Sabah maqnit qasırğası gözlənilirDünən, 12:50. Yazar: sevinc1 |
![]() Günəşdəki koronal dəliklərlə əlaqədar 23-24 iyul tarixlərində Yerdə zəif maqnit qasırğası gözlənilir. aia.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Günəş Astronomiyası Laboratoriyası öz teleqram kanalında məlumat yayıb. “Sabah - çərşənbə günü ərzində nisbətən uzunmüddətli geomaqnit qasırğalarının baş verməsi mümkündür. Pik nöqtəsində isə birinci - minimalsəviyyəli zəif maqnit qasırğası qeydə alına bilər. İyulun 24-ü də maqnit qasırğalarının baş vermə ehtimalı yüksək olaraq qalır”, - məlumatda bildirilib. Qeyd olunub ki, maqnit qasırğalarının səbəbi hazırda təxminən Günəş–Yer xətti üzərində yerləşən orta ölçülü tac dəliyidir. aia.az Geri dön |