Ana Sayfa > Siyasət > Üçüncü dəfədir ki, belə bir mühüm tədbir Qarabağda keçirilir
Üçüncü dəfədir ki, belə bir mühüm tədbir Qarabağda keçirilirBu gün, 11:24. Yazar: azer |
![]() Prezident İlham Əliyev lll Şuşa Qlobal Media Foruçunda çıxışı zamanı deyib: “Üçüncü dəfədir ki, belə bir mühüm tədbir Qarabağda keçirilir. Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb. Ümid edirəm ki, bu ənənə davam edəcək və vaxt keçdikcə qonaqların sayı artır, coğrafi əhatə daha da genişlənir. Bütün bunlar bir daha göstərir ki, ən mühüm mövzuların mehriban şəraitdə açıq müzakirələrinə böyük ehtiyac var. Söhbət təkcə mediadan deyil, həmçinin qlobal gündəlikdən gedir. Dünyada vəziyyət sürətlə dəyişir. Əgər ötən il Şuşada keçirilmiş Forumdan başlasaq görərik ki, nə qədər çox dəyişikliklər baş verib. Əlbəttə ki, ilk növbədə, mətbuat belə tədbirlərə qatılır, bütün hekayələri söyləyir, bu dəyişiklikləri, hadisələri təsvir edir və öz cavabını, rəyini bildirir. Bir sözlə, çox məmnunam ki, biz burada - Xankəndidə bu cür böyük tədbirə toplaşmışıq. Bugünkü görüşü burada, yeni tikilmiş Konqres Mərkəzində, Xankəndinin Zəfər meydanında keçirmək qərarına gəldik. Beləliklə, əminəm ki, bura qonaqlar üçün maraqlı olacaq, yenidənqurma, eləcə də 30 ildən artıq bu yerlərdən didərgin düşmüş insanların qayıtması baxımından ərazilər azad olunandan sonra görülmüş işlərə baxmaq cəlbedici olacaq”. Ümumiyyətlə, 44 günlük Vətən müharibəsindən sonra, Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb. Belə ki, artıq Azərbaycanın rəyini almadan bu regionda nəsə etmək qeyri-mümkündür. Bu bir yandan hərbi gücümüz, digər yandan da Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasətin, diplomatyanın hesabınadır. 44 günlük müharibədən 3 il sonra Qarabağın dağlıq hissəsindəki erməni separatçılara qarşı birgünlük uğurlu antiterror əməliyyatları keçirildi. Nəticədə, suveneliyimizi bərpa etdik. Azərbaycan problemi və müharibəni bitirib. İndi Böyük Qayıdış layihəsi çərçivəsində Qarabağda böyük quruculuq və bərpa işlərinə fokuslanmışıq. Bizim gündəmimizdə daha hər hansı müharibə yoxdur. Prezident Cənubi Qafqazda yaratdığı yeni reallıqları beynəlxalq və siyasi müstəvidə təsdiqlədib. Hazırda əksər ölkələrin iqtisadi böhran yaşadığı bir zamanda Azərbaycan böyük bir ərazidə təxirəsalınmaz tikinti-quruculuq işləri aparır. Dövlətin qəbul etdiyi Böyük Qayıdış Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda müasir şəhərsalma tələblərinə cavab verən yaşayış məntəqələri, ən yüksək səviyyədə salınan yeni yollar və müxtəlif infrasrtuktur obyektləri inşa olunur. Bərpa-quruculuq işləri isə Prezident İlham Əliyevin şəxsi nəzarəti altında həyata keçirilir. Dövlət başçısının işğaldan azad olunmuş ərazilərə müntəzəm səfərləri, aparılan işlərin xüsusi diqqətdə saxlaması bir daha onu göstərir ki, Azərbaycan düşmənin viran etdiyi bu bölgəni dünyanın inkişaf etmiş məkanlarından birinə çevirməkdə qətiyyətlidir. Ən diqqətçəkən məqam isə ondan ibarətdir ki, Azərbaycan bərpa-quruculuq işlərini heç bir ölkənin və beynəlxalq maliyyə qurumunun köməyi olmadan, təkbaşına həyata keçirir. Bu da ölkəmizin iqtisadi qüdrətinin əyani sübutu, işğaldan azad olunmuş şəhərlərimizin dövlətimizin gücü ilə bərpasının bütün dünyaya nümayişidir. Sevindirici haldır ki, Azərbaycanın işğaldan azad olunmuş şəhərləri artıq beynəlxalq səviyyəli tədbirlərin keçiriliməsi üçün əlverişli məkana çevrilib. İşğaldan azad olunmuş ərazilərdə beynəlxalq tədbirlərin keçirilməsi ölkəmizin gücünü nümayiş etdirməklə yanaşı, dünyada baş verən proseslərə verilən mühüm mesaj xarakteri daşıyır. Şamo Qasımov Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini Geri dön |