Ana Sayfa > Siyasət > Cənubi Qafqazı sülh evinə çevirən lider
Cənubi Qafqazı sülh evinə çevirən liderBu gün, 09:46. Yazar: azer |
![]() Bir zamanlar işğal altında olan, yalnız xəyallarımızda getdiyimiz Şuşa, Xankəndi bu gün beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edir. Müzəffər Ali baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfər xalqımıza bu günlərin qüruru ilə yaşamaq imkanı verdi. İyulun 19- Xankəndidə keçirilən “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumu da belə mühüm və beynəlxalq səviyyəli tədbirlərdən biridir. III Şuşa Qlobal Media Forumu 52 ölkədən 140 qonağı, 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun nümayəndələrini bir araya gətirib. Forum iştirakçıları ilə görüşən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qonaqları salamlayaraq bildirdi ki, “Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb. Ümid edirəm ki, bu ənənə davam edəcək və vaxt keçdikcə qonaqların sayı artır, coğrafi əhatə daha da genişlənir. Bütün bunlar bir daha göstərir ki, ən mühüm mövzuların mehriban şəraitdə açıq müzakirələrinə böyük ehtiyac var. Söhbət təkcə mediadan deyil, həmçinin qlobal gündəlikdən gedir. Dünyada vəziyyət sürətlə dəyişir. Əgər ötən il Şuşada keçirilmiş Forumdan başlasaq görərik ki, nə qədər çox dəyişikliklər baş verib.” Ölkəmizdə, o cümlədən azad və abad Qarabağımızda baş verən dəyişikliklər, azad olunmuş torpaqlarda bərpa-quruculuq işləri, ölkəmizin yaşıl enerji gündəliyi haqqında ətraflı məlumat verən ölkə başçısı diqqətə çatdırmışdır ki, keçən il Azərbaycanda keçirilən COP 29 ölkədə ilin tədbiri oldu. 197 ölkənin iştirakı ilə keçirilmiş belə bir mühüm iqlim dəyişmələri konfransında 77 min iştirakçı, təxminən 200 ölkədən nümayəndələrin, o cümlədən 70 dövlət və hökumət başçısının olması bunu bir daha təsdiq edir. Qlobal iqlim gündəliyinə daim töhfə verən Azərbaycan ekologiyaya hörmətlə yanaşan ölkə kimi ölkəmizin elektrik enerjisinin istehsalında nə kömürdən, nə də ki, yanacaqdan istifadə etmədiyini bildirən cənab Prezident bildirmişdir ki, “Biz yalnız su və təbii qaz ehtiyatlarından istifadə edirik və bu yaxınlarda Günəş enerjisindən istifadəyə başlamışıq.” Zəngəzur dəhlizinin təkcə Naxçıvanla əlaqələr üçün nəzərdə tutulmadığını bildirən cənab Prezident, eyni zamanda bu arteriyanın bir çox ölkəlləri birləşdirəcəyini, daşımaların bu dəmir yolu və ya avtomobil yolu ilə həyata keçirilməsini təmin edən beynəlxalq tranzit dəhliz olacağını diqqətə çatdırmışdır: “Bu, həm də regionumuzda baş verən geosiyasi dəyişikliklər, digər tranzit marşrutların problemli hala gəldiyi bir vaxtda baş verir. Ona görə də bütün bunları nəzərə alaraq, Zəngəzur dəhlizinin potensialını ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndiririk.” Regionumuz, Mərkəzi Asiya regionu, Cənubi Qafqaz, ondan Şərqdə və Qərbdə yerləşən ölkələrin sabit dövlətlər olduğunu xatırladan cənab İlham Əliyev Qarabağ münaqişəsinin başa çatmasının n mühüm nəticələrindən birinin sabitlik, təhlükəsizlik və inkişaf üçün perspektivlərin daha aydın və geniş olduğunu xüsusi vurğulamışdır: “ Yəni bu, bağlılıq layihələrinin təşviqi baxımından mühüm amildir. İkinci amil qonşularla xoş münasibətlərdir. Bu olmadığı təqdirdə ölkə tranzit ölkə ola bilməz və biz burada qonşularımızla deyil, qonşularımızın qonşuları ilə də yaxşı münasibətlərə malik olmalıyıq. Bu sahədə də fəal diplomatik fəaliyyət aparılır və bizim etibarlı tərəfdaş imicimiz var. Biz son 10 il ərzində etimad qurmağa çalışmışıq. Biz nümayiş etdirməyə çalışmışıq ki, ölkəmiz etibarlı tərəfdaşdır və sözümüzün imzamız qədər dəyəri var. Bu, bu günə qədər də məhz belə olmuşdur. Bağlantı layihələrinə gəldikdə, biz, ilk növbədə, Orta Dəhlizi qeyd etməliyik. Bu, bu gün çox geniş coğrafiyanı birləşdirən bir layihədir. Mən artıq bir neçə dövləti qeyd etdim. Həmin dəhliz Şərqdən Qərbi Avropaya qədər uzanır və bu da müxtəlif aktorlar arasında anlaşmaya səbəb olacaq. Burada daha çox anlaşmaya ehtiyac var.” Həmişə olduğu kimi cənab İlham Əliyevin aydın və məzmunlu nitqi, beynəlxalq aləmdə baş verən proseslərə aydın münasibəti Forum iştirakçıları tərəfindən yüksək qarşılanmışdır. Qazanılan Zəfərlə, insanlara xoş güzəran yaratmaq üçün apardığı mübarizə ilə, eyni zamanda ata vəsiyyətini yerinə yetirməsi ilə qürur duyan cənab İlham Əliyev bütün qələbələrində, qazandığı nailiyyətlərdə xalqa arxalandığını və xalqdan güc aldığını bildirmişdir. Hələ də qazanılan nailiyyətlərimizi gözü götürməyənlərə də aydın mesajlarını çatdıran ölkə başçısı bir daha bildirmişdir ki, artıq Cənubi Qafqaza sülh şəraiti gəlməlidir və biz asudə nəfəs almalı, dünyanın bir parçası olaraq bəşəri dəyərlərə üstünlük verməliyik. İlqar Kərimov, YAP Tovuz Rayon Təşkilatı sədrinin müavini Geri dön |