Ana Sayfa > Cəmiyyət / Karusel > Polşada ermənilərin siqaret mafiyası tutuldu

Polşada ermənilərin siqaret mafiyası tutuldu


15-02-2017, 10:45. Yazar: admin
Polşada ermənilərin siqaret mafiyası tutuldu

Polşada qanunsuz siqaret istehsalı ilə məşğul olan qrup həbs edilib.

AAzVision.az “news.am”-a istinadən xəbər verir ki, qrupa iki Ermənistan vətəndaşı rəhbərlik edib.

Varşava yaxınlığındakı qanunsuz tütün sexində aparılan axtarışlar zamanı 10 min dolu və 100 min boş siqaret qutusu aşkarlanıb.

Qrupa, həmçinin beş Ukrayna, bir Polşa vətəndaşı daxil olub. Qruplaşmaya rəhbərlik edən erməniləri on ilədək, digər iştirakçıları isə beş ilədək həbs cəzası gözləyir.


aia.az
Geri dön