Ana Sayfa > İdman > “Fənərbağça”nın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi

“Fənərbağça”nın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi


Dünən, 16:46. Yazar: sevinc1
“Fənərbağça”nın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi

Türkiyənin “Fənərbağça” komandasının UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi bəlli olub.

aia.az xəbər verir ki, İstanbul təmsilçisi bu raundda Niderlandın “Feyenoord” klubu ilə qarşılaşacaq.

Bu mərhələnin ilk oyunu avqustun 5-6-da səfərdə, cavab görüşü isə avqustun 12-də İstanbulda keçiriləcək.

“Fənərbağça” rəqibini məğlub edəcəyi halda, turnirin play-off mərhələsinə yüksələcək. “Sarı-lacivərdlilər” bu mərhələni keçə bilməsə, mübarizəni UEFA Avropa Liqasının qrup mərhələsində davam etdirəcək.

aia.az
Geri dön