Ana Sayfa > Siyasət > "Prezident problemləri dərindən araşdırdı" - Deputat

"Prezident problemləri dərindən araşdırdı" - Deputat


15-02-2017, 10:38. Yazar: admin
"Prezident problemləri dərindən araşdırdı" - Deputat

“Yataqxana və pansionatlarda məskunlaşan məcburi köçkünlərin kommunal xidmət haqlarının yeni yaşayış sahələrinə köçürülənədək dövlət hesabına ödənilməsi ilə bağlı fərman prezident İlham Əliyevin məcburi köçkünlərin problemlərinin həllinə diqqət və qayğısının növbəti təzahürüdür”.

AiA.az xəbər verir ki, bunu AzVision.az-a Xocalının deputatı Elman Məmmədov deyib. Millət vəkili bildirib ki, ölkə başçısının imzaladığı fərman məcburi köçkünlər tərəfindən müsbət qarşılanıb.

“Cənab prezident aztəminatlı əhalinin, qaçqınların və məcburi köçkünlərin problemlərini diqqətdə saxlayır və onların sosial müdafiəsinin yaxşılaşdırılması üçün mütəmadi olaraq tədbirlər görür. Ötən 10-15 gün ərzində məcburi köçkünlər arasında müəyyən anlaşılmazlıq, narazılıqlar var idi. Bunlar cənab prezidentinə çatdırılan kimi həmin problemləri dərindən araşdırıb, təcili tədbirlər gördü”.

E.Məmmədov qeyd edib ki, enerji daşıyıcılarının ödəniş qaydalarında məcburi köçkünlərin xeyrinə belə addımın atılması vacib məsələdir. “İctimai yerlərdə yaşayan məcburi köçkünlər sayğaclaşma məsələsinə başqa cür yanaşırdı. Bu fərman və bundan öncə verilən fərmanların hamısı əhalimizin sosial müdafiəsinin gücləndirilıməsi, onların rifah halının yaxşılaşdırılmasına yönəlib. Bütün məcburi köçkünlər adından prezidentə minnətdarlığımızı və təşəkkürümüzü bildirirəm”.

Qeyd edək ki, "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmanına dəyişiklik edilməsi barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dəyişikliyə əsasən fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları) yaşayan məcburi köçkünlərin fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülməsinədək onların istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarına görə bütün haqlar 2017-ci il 1 yanvar tarixinədək dövlət hesabına ödəniləcək. Fərmanda nəzərdə tutulmuş məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2017-ci il 1 fevral tarixindən 20 manat məbləğində müəyyən edilir.

aia.az
Geri dön